FameLab 2008

Gözəl Elm Layihəsi

“Şöhrət Laboratoriyası” Müsabiqəsi

Sizin yaşınız 18-35 arasıdır?

Canlı auditoriya qarşısında elmi mövzuda

üç dəqiqəlik təqdimat edə bilərsiniz?

Belədirsə, British Council Bakıda

FameLab yarışmasını təqdim edir!

Yarışmanın əsas məqsədi elmi sinif otağı çərçivəsindən çıxarıb əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan cavanları öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır.

Azərbaycan üzrə qalib 2008-ci ilin iyun ayında keçiriləcək Cheltenham Elm Festivalında iştirak etmək üçün Böyük Britaniyaya gedəcək. Həmçinin digər finalçı və iştirakçılar mükafat alacaqlar.

Yarışmanın şərtləri:

İştirakçılara, münsiflər heyətinə PowerPoint proqramından istifadə etmədən Azərbaycan dilində elmi fikri təqdim etmək üçün cəmi üç dəqiqə vaxt verilir. Yalnız ən yaxşı iştirakçılar növbəti tura keçəcək.

İştirak etmək üçün əsas şərtlər:

  • Dəqiq elmlər, riyaziyyat və ya mühəndislik sahəsində oxuyan universitet tələbələri;
  • Dəqiq elmlər, mühəndislik və ya riyaziyyatı sənaye, yaxud iş sahəsinə tətbiq edən şəxslər;
  • Artıq mövcud olan tədqiqat və ya meta-tədqiqatlarla məşğul olan tədqiqatçılar;
  • Dəqiq elmlər, mühəndislik və ya riyaziyyat sahəsində mühazirəçilər;
  • Tətbiqi elm, texnologiya və ya riyaziyyat sahəsində çalışan insanlar;
  • Dəqiq elmlər, mühəndislik və ya riyaziyyatı silahlı qüvvələrdə, yaxud hakimiyyət orqanlarında tətbiq edən şəxslər.

Yarışmada iştirak etmək istəyən şəxslər qeydiyyat formasını www.britishcouncil.az səhifəsindən yükləyib, 03 mart 2008-ci il tarixinə qədər beautiful.science@britishcouncil.az internet ünvanına göndərməlidirlər.

Elmi mövzunuzu münsiflər heyətimizə təqdim etmək üçün yarışmanın yeri, günüzamanı haqqında məlumatı tezliklə internet ünvanımızdan əldə edə biləcəksiniz.

Layihə seçilmə şərtləri haqqında daha geniş məlumat almaq üçün bizə müraciət edin:

British Council Azərbaycan

T:  4971593, 4972013

F:  4989236

beautiful.science@britishcouncil.az

www.britishcouncil.az

This entry was posted in Announcement, Random and tagged . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s