Microsoft və Yahoo!

4 fevral. Microsoft şirkəti böyüklüyünə görə dünyada ikinci yeri tutan Yahoo! axtarış sisteminin alınmasına dair niyyəti barədə elan edib. Şirkət Yahoo!-nun hər səhmnə görə 31 ABŞ dolları təklif edib. Təklifin ümumi məbləği 44,6 milyard ABŞ dolları təşkil edir. Bu, axtarış sisteminin bazar qiymətindən 62% artıqdır. Razılaşmanın baş tutacağı halda, qeyd olunan məbləğ dünya informasiya texnologiyaları bazarı tarixində rekord göstərici olacaq.

Microsoft hər iki şirkətin inteqrasiyası üzrə planı artıq tərtib edib. Şirkətdə hesab edirlər ki, bu birləşmə nəticəsində hər il ən azı bir milyard ABŞ dollarına qənaət etmək mümkün olacaq, Lenta  yazır.
Microsoft-un press-relizində deyilir ki, iki şirkətin əməkdaşlığı və birləşməsi barədə danışıqlar 2006-cı ilin sonunda və 2007-ci ilin əvvəllərində aparılırdı. Həmin vaxt Yahoo! birləşmə haqqında təklifi rədd etmişdir. İndi isə, sənəddə deyilir ki, Yahoo! şirkətinə yalnız razılaşmaq qalır. Microsoft-un planları barədə məlumatdan sonra Yahoo! şirkətinin bir səhminin qiyməti 61%, yəni 30,80 ABŞ dollarınadək artıb.
Yahoo!-da söz veriblər ki, şirkətin strateji planı baxımından bu təklif tez bir zamanda müzakirə olunacaq və səhmdarlar üçün uzunmüddətli perspektivdə əlverişli qərar qəbul olunacaq.
Amerikanın Yahoo! internet-şirkəti, dünyanın ən iri proqram təminatı istehsalıçısı Microsoft-un, Yahoo!-nu 44,6 milyard ABŞ dollarına alması barədə təklifinə alternativ olaraq Google şirkəti ilə biznes-alyans imzalaya bilər. Bu barədə Reuters agentliyi Yahoo! şirkətinə yaxın olan mənbəyə istinad edərək xəbər yayıb.

Yahoo!-nun rəhbərliyi Google-la əvvəl aparılan danışıqları bərpa etməyə hazırdır. Lakin bu dəfə onların əsas müzakirə mövzusu Microsoft tərəfindən Yahoo!-nun alınmasına dair təklif olacaq. Bu zaman, Mİcrosoft Yahoo!-nun səhminin birinə 31 ABŞ dolları təklif edir ki, buda şirkətin cari bazar qiymətindən 60% çoxdur. Lakin buna baxmayaraq, internet-şirkətin rəhbərliyi təklifi xeyli azaldılmış hesab edir, mənbə bildirib.  
Analitiklərin fikrincə, bu cür xəbərin yayılması Yahoo!-nun, Microsoft-u, təklifin məbləğinin artırılmasını məcbur etmək niyyətini ifadə edə bilər, RİA Novosti  yazır.
This entry was posted in Hi-tech. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s