AVPU / "New action model of youth partnership"

Opening of Training Course

Azərbaycan Könüllülər İctimai Birliyi Avropa Birliyi Gənclər Proqramı çərçivəsində Böyük Britaniya Milli Gənclər Agentliyi – British Council və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 27 Yanvar – 3 Fevral 2008-ci il tarixində “Gənclərin Əməkdaşlığının yeni modeli” adlı beynəlxalq təlim kursu keçirmişdir. Qeyd edək ki, Azərbaycan Könüllülər İctimai Birliyi bu beynəlxalq Təlim Kursunu Böyük Britaniyanın Sərhədsiz Gənclər Təşkilatı və Çarnvood İrqi Bərabərlik Şurası ilə birgə həyata keçirdi. Təlim Kursunda İngiltərə, Fransa, Almaniya, Polşa, Türkiyə, Macarıstan, Ukrayna, Moldova, Rusiya, Belarusiya, Gürcüstan və Azərbaycandan gənc liderlər iştirak etmişdirlət. Təlim Kursunun keçirilməsində əsas məqsəd Avropa Birliyinə qonşu olan ölkələrdəki gənclər və gənclər təşkilatlarının Avropa Birliyi Gənclər Proqramı çərçivəsində birgə fəaliyyətini və əməkdaşlığını genişləndirmək, gələcəkdə birgə layihələrin hazırlanması və artırılmasına təkan vermək, habelə gənclərin mədəniyyətlərarası, dinlərarası dialoqunu formalaşdırmaqdan ibarətdir.

      “Gənclərin Əməkdaşlığının yeni modeli” adlı təlim kursu beynəlxalq statuslu təlimçilər tərəfindən aparılıb. Eyni zamanda təlim kursunda Avropa Birliyi Gənclər Proqramı “Youth in Action” sahəsində çox təcrübəli qonaqlar iştirak ediblər. Təlim Kursu zaman təlimçilər tərəfindən Avropa Birliyi Gənclər Proqramı “Youth in Action” çərçivəsində Gənclər Mübadilələri, Təlim Kursları, Kontakt qurma seminarları, Əməkdaşlıq Qurma fəaliyyələri, o cümlədən Avropa Könüllülük Xidməti çərçivəsində layihələrin yazılması, müraciət edilməsi və əməkdaşların tapılması kimi vacib məsələlərə aydınlıq gətirilmişdir.

      Qeyd etmək istərdik ki, təlim kursu Bakı şəhərində yerləşən Kaiser mehmanxanasında keçirib. Beynəlxalq Təlim Kursunun rəsmi açılışı isə dövlət strukturlarının, qeyri-hökümət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Təlim Kursuna qatılan xarici qonaqların da iştirakı ilə 28 Yanvar 2008-ci il tarixində saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində (Fikrət Əmirov küç. 1) baş tutmuşdur.

      Bundan əlavə, Təlim Kursunun maraqlı hissələrindən olan Mədəniyyətlərarası gecəni nəzərinizə çatdırmaq istərdik. Mədəniyyətlərin tanıtma gecəsində iştirakçılar təmsil etdikləri ölkələrin mədəniyyətlərini, təşkilatlarını, tarixini, milli musiqilərini, adət-ənənələrini və özləri ilə gətirdikləri milli yeməklərini təqdim etmişlər. Mədəniyyətlərin tanıtma gecəsi Kaiser Hoteldə (Nəsib bəy Yusifbəyli küç. 75B) keçirilmişdir.

      Bundan əlavə Gənclərə Dəstək Mərkəzində (Əlövsət Quliyev küç. 71) ölkəmizin aktiv Qeyri-Hökümət Gənclər Təşkilatları və Gənclər Hərəkatlarının iştirakı, o cümlədən təlim kursuna qatılan digər ölkə təşkilatlarının iştirakı ilə “NGO Market” – “QHT Bazarı” keçirilmişdir. 31 Yanvar saat 18:00-da keçirilən tədbirdə əsas məqsəd yerli və xarici gənclər təşkilatları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsi, gələcəkdə potensial əlaqələrin qurulması və birgə yeni ideyaların həyata keçirilməsinə dəstək olmaqdan ibarətdir.

Hömətlə,

Rzayev Səbuhi

Layihə Əlaqələndiricisi

PHOTOS :

akib_2.jpg

akib_3.jpg

akib_4.jpg

akib_5.jpg

Try to find me :)
akib_8.jpg
akib_9.jpg
Playing Mafia

This entry was posted in Youth. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s