AzTV – Azərbaycan efir məkanında No 1 !

Milli TV-lərimizə həsr olunur

Onsuz da TV-ə az baxırdım. Son dövrlər isə TV ümumiyyətlə dözülməz olub. Söhbət heç də Rusiya telekanallarının Azərbaycan ərazisində azad yayımının qarşısının alınmasından və nümayiş olunan filmlərin azərbaycan dilinə dublyaj olunmasından getmir. Problemin kökü daha əvvələ – “informasiya aclığı” zamanı efir məkanının Braziliya istehsalı olan seriallarla doldurulmasında gedir. Serialların əsas tamaşaçı kütləsini evdar qadınlar və ya baş vaxtı nisbətən çox olan insanlar təşkil edir. Normalda bu seriallar efir vaxtını müəyyən bir kəsiyində efirə getməlidir. Bizdə isə illər öncə telekanallar arasında “Kim çox serial nümayiş etdirəcək” yarışı başlanmışdı. Bu yarışda qalib gələn olmasa da, məğlub olan tərəf cəmiyyətimiz idi. Mavi ekranlardan cəmiyyətin zəhrlənməsinin ikinci nəfəsi olaraq, indi özünün ən yüksək inkişaf dövrünü yaşayan maqazin proqramlarının efiri məkanını işğal etməsini qeyd etmək olar.

Qısası, seriallar və maqazin proqramlarının bu dərəcədə efirə verilməsi cəmiyyətin kütləşməsinə xidmət edir. Bunlar olmalıdır, amma normasında. Telekanal rəhbərlikləri onların tələbata uyğun proqramlar hazırladıqlarını iddia edərkən unudurlar ki, həmin tələbatı yaradan onlar özləridir. Xarici telekanalların yayımım dayandırılmasını az qala bayram edən və reklam gəlirlərinin böyük həcmdə artacağından mənmnunluq hissləri keçirən Milli TV-lərimiz yaxşı olar ki, bir az da efirə verdikləri proqramlara əl gəzdirsinlər. Yadlarına salsınlar ki, efir yalnız serial, maqazin proqramları, SMS yarışmaları və xəbərlər buraxılışlarından ibarət olduqda çox maraqsız olur. İntellektual oyunlar, sənədli filmlər, vətənpərvərlik proqramlarıni bazar günü efirə verməsəniz də olar, onsuz da bazar günü hind filmləri günüdür🙂

Milli TV kanallarımız və inkubator cücələri arasındakı fərqi axtara-axtara deyəsən, yaxın bir dostumun fikirləri ilə razılaşmalı olacağam – “AzTV – Azərbaycanın efir məkanında No 1 !”. Ümid isə İNTERNET və peyk TV-ləridir.

This entry was posted in Society. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s