Böhtan, yalan, iftira…

Hər kəsə salamlar. Son günlər bir sıra qrup, forum və bloglarda ünvanıma müxtəlif ittihamlar səslənir. Bütün bu söz-sohbətlərə son qoymaq üçün məsələyə münasibət bildirmək istərdim.

İlk növbədə Azərbaycan gəncinin öz dəyərli vaxtını belə məsələlərə sərf etməsi tərəfimdən böyük təəssüflə qarşılanır. Görüləcək bu qədər iş, reallaşdırılacaq bu qədər ideya olduğu halda, 3-5 nəfərin süni qalamaqal yaratması və bütün imkanlarını bu məsələnin gündəmdə qalmasına yönəldərək ucuz PR aparmaları yanız acı gülüş doğurur.

Blogumda yerləşdirilmiş olduğum  COME ON 2008 / ONLY COMMENTS adlı(http://raufray.wordpress.com/2007/12/29/comeon2008/) posta gəlincə, bu fotolar həqiqətən də 29 dekabr Dalğa GH-ın özünəməxsus şəkildə qeyd edtiyi Yeni İl partisində çəkilib və inkaredilməz faktdır. Qeyd edim ki, fotoların blogda yerləşdirilməsi üçün heç də adını çəkdiyim hərəkatın üzvləri az əziyyət çəkməyiblər. Postda həmin partidən 8 fotoşəkil yerləşdirilib və onlara şərh verilib. Sonda isə bir cümlə yazılıb : THINK ABOUT FUTUREGƏLƏCƏYİNİ DÜŞÜN ). Fikrimcə “Niyə bu şəkilləri bloga yerləşdirmisən?” sualı verənlərə bu ən yaxşı cavabdır. Çünki, mən Azərbaycan gəncini belə görmək istəmirəm. İstəmirəm ki, mənim, dostlarımın, yaxınlarımın və eləcə də sizlərin övladları bu və bundan iyrənc gələcəkdə yaşasınlar. İstəmirəm ki, indiki gənclik beynindəki AZADLIQ məhfumunu yalnız içki, siqaretsekslə simvolizə etsin.

Tarix boyu bütün cəmiyyətlərdə fərqli düşünənlər olmuşlar və bu təbii haldır. Amma, heç bir vəclə bu azlığın fəaliyyəti cəmiyyəti daxildən dağıtamağa yönəlməməlidir. Əgər bu proses baş verirsə, mütəqdir ki, onlar öz qarşılarında yalnız cəmiyyətin bu gününü deyil, sabahın və ondan da irəlini düşünən qruplarla qarşılaşacaq, bir müddət müqavimət göstərəcək və ən nəhayət mənəvi cəhətdən məhv olub gedəckələr.

Ünvanıma səslənən ittihamlara gəlincə : bunlar hamısı yalan və böhtandır. Biri-birini təkzib edən və faktla əsaslandırılmayan fikirlər, əlaqəsiz və inkar edilməsi elə də çətin olmayan yazılar… Əslində bu başadüşüləndir. Bir hərəkat 2008-ə aktiv fəaliyyətlə başladı (artıq 4 yanvardır  və İRƏLİ ÜGH bu vaxt ərzində 4 tədbir həyata keçirib : http://raufray.wordpress.com/2008/01/04/vetenperverler/ 
http://raufray.wordpress.com/2008/01/02/2008start/ və s.), digəri isə “poxmel”-dən ayıldı və gündəmə gəlmək üçün Azərbaycan müxalifətinə xas olan ənənəvi böhtan və şər yolunu seçdi. Bloqda şəkillərin dekabrın 29-u yerləşdirilməsindən 5 gün sonra başlayan canfəşanlığın səbəbi gün kimi aydındır. Zatən bir hərəkata başçılıq edən bəy “Vyana Litvanın paytaxtıdır” fikrini səsləndirirsə ( 25.11.07 – yadına düşdü? ) , onda həmin qrupun digər üzvlərindən nə gözləyəsən?

Bir daha qeyd edirəm, haqqımda səsələnən fikirlər və ittihamlar həqiqətə uyğun deyil və kimlərinsə ucuz reklamına xidmət edir, gündəmdə qalmasına şərait yaradır. Hətta bir neçə şəxs müzakirəni şəxsi müstəviyə daşımaq niyyətindədirər. Fürsətdən istifadə edib belələrinə xəbərdarlıq etmək istəyirəm. Bu tip əməllərdən əl çəkin, kişi kimi mübarizə aparın, böhtan və yalana son qoyun! Məni taniyanlar tanıyır, tanımayanlar da lazım olsa tanıyacaqlar. Belə hərəkətlərlə yalnız özünüzü və ətrafınızdakı 5-10 nəfər insanı gülünc vəziyyətə qoyursunuz. Bu hadisə artıq neçənci dəfədir ki təkrar olunur. Artıq neçənci dəfədir ki, İRƏLİ və onun üzvlərinə böhtanlar atılır, yalanlar səslənir, ictimai sektordakı hər yoldankeçən İRƏLİyə qara yaxması ilə öyünür…

Bu tip ucuz söhbətlərə bundan artıq sərf edəcək vaxtım yoxdur, amma unutmayın ki, səbr də nə vaxtsa tükənir. Bundan sonra virtual məkanda bu məsələ ilə bağlı yazıları cavablandırmayacağam. Məsələ bitmişdir ! Yox əgər kimsə böhtan və iftiraları davam etdirəcəksə, öz cavabını lazımi qaydada alacaq !

Qarşıdan gələn sessiyada hər birinizə uğurlar ! Tələbə olmayanlara isə yaxın günlərdə ürəyinizcə qartopu oynamağı arzu edirəm🙂

This entry was posted in IRELI PY and tagged . Bookmark the permalink.

12 Responses to Böhtan, yalan, iftira…

  1. Princessa says:

    знаешь что эти сказки от Таразки оставь присебе,бедного оболгали!))))))))))а ты чем занимаешься?кто ты вообще такой судить кого-то?что на тебя возложенна миссия?)))))))эх ты и не смей кливнтать на других!не по мужски это,а хотя,о чем и с кем я говорю?аж смешно стало!!!!!!!!

  2. OPUS DEI says:

    Fikir verme Rauf yeqin birinci commenti de onlarin sifarishi ile yazibiar .aralarina bu yaxinlarda rus dilini bilen qatilib da ,o sebebden rus dilindedir ki shubhelenmeyek🙂 Chox sag ol ! Lap senin elin varsa da bu ishde yene de sene halaldi ecceb elemisen,mentalitetden uzaq olmaqa chalishsalar da qilinc muselmanlaridir ki qilinc.gerek yalnizca gucle danishasan.Ugurlar sene ve Irelichilere men Irelichi deyilem gerek qoshulum : )

  3. Salam. Rauf gorursen deee… bizim ugurlarimiza “sevinenler” ne yaman choxdu. milchek bir shey deyil amma insanin konlunu bulandirir. bu dalgachilar da milchek kimi bir sheydiler. hem de axi onlar oz gozlerindeki tiri gormurler. bizlerin gozunde ise tuk axtarmaga chalishirlar. Bizim ise vezifemiz, cemiyyeti yalniz ve yalniz inkishafa seslemek, bu yolda bacardigimiz ishleri reallashdirmaqdir.

    P.S. dalgachilar sizse unutmayin, guneshin uzerine ne qeder palchiq yaxmaga chalishsaniz da, bu mumkun olmayacaq. Chunki sizin atdiginiz palchiq guneshe chatmayacaq, qayidib oz uzunuze yapishacaq.

  4. Dejame says:

    “İstəmirəm ki, indiki gənclik beynindəki AZADLIQ məhfumunu yalnız içki, siqaret və sekslə simvolizə etsin.”…..qardashimsan,sen harda sex gordun mene hele de 4atmadi daaa…..ay millet,belke men partyde gormemishem,bizde sex oluuuubbb? :))))) guluncdur eee,yeke kishisen! sonra da deyirsen ki ” Artıq neçənci dəfədir ki, İRƏLİ və onun üzvlərinə böhtanlar atılır, yalanlar səslənir”…ozun ozune qarshi 4ixirsan ee….bir shey de deyim,Qaliley deyende ki,dunya guneshin etrafinda firlanir,onu tonqalda yandirmishdilar.Janna D’ark da kilseye qarshi 4ixanda hemen shey.Fransa inqilab daliyca inqilab yashayib ve indi inkishaf etmish sayilmirmi?! Sovet dovrunde duz sozu deyenlere ne edirdiler? bele agillisizsa cavab verin de.hansi menevi cehetden olub getdi?! belke siz indi Mushfiqi oxumursuz,he? yaxshiyin da,ushaqlar.rus demishken: davayte posmotrim pravde v qlaza.men ne ozumu o dahilerle muqayise etmirem,ne de bu olkeni alt-ust 4evireceyimi iddia elemirem.sadece gelin i4erideki insafi kenara atmayaq da…nenem demishken,adamda insaf yaxshi sheydi.ozun deyirsen kishi kimi mubarize aparin.utaniriq eee….

  5. Elshan says:

    Salam. Men Sizlere baxanda bir daha bu gencliyin ne gunde olduqun yaniram. Gor neyi muzakire edirik. Men ne Dalqani destekleyirem ne deki Irelini amma insafiviz olsun. Eyyashliq pozqunluq yuvalarindan biri olduquvuz teqdirde sizlere kim ixtiyar verib ki bele sheyler danishib bashqasina bohtanlar atasiz. besdirinde onsuzda bu Azerbaycan gencliyini sizin kimiler iflic veziyyete salibdir. Gencliyin problemleri qalib qiraqda sizin muzakire mvzuvuza baxin.
    Sizin uqurlariviza hec kes paxilliq etmir, el tulalari kimi kimlerden pul alib buyruq yerine yetirirsiz. Her shey bele qalmayacaqki vaxt gelecek her shey deyishecek.

  6. ILqaR says:

    Dogurdan da IRELI GH 1 yanvar – 4 yanvar arasinda 5 tedbir kecirib. Ay yaziqlar, bes siz ne etmisiniz?29-u parti?Goz qabagindadir. IRELIni tenqid etmek ucun hec olmasa onun gorduyu islerin 5 %-i gormek lazimdir.Neyiniz var sizin?Kimsiniz?Biri yazib Googlede dalga search edin goreceksiniz.Inanin mene Gogglede RAUFRAY yazib searc etseniz bundan daha cox netice elde edeceksiniz.Qisasi, sizin cemiyyetde MUASIR GENC imiciniz var. Rauf onu yox etdi, indi siz sadece Dalga EH-sizniz)))

  7. Hacer says:

    RAUF!!! aramizda olmagina, bizimle bir HEREKAT-da feaiyyet gostermene olan sevincim daha da artdi)))) ne yaxsiki bizimlesen, ne yaxsiki IRELI-desen!!!! turkler demish, KISKANANLAR CHATLASIN!!!!!)))

  8. Vefa Ceferova says:

    Salam. Ezizlerim bu bizim bayram idi. Biz size dostluq elimizi uzadib ayrisekcilik salmadan dostluq elimizi uzadib bayrama devet etdik her bir azerbaycanli genci kimi. Rauf ve basqa adlarini bilmediyim Ireliciler here oz yolunu heyatda secir. Bizim yollarimiz ferqlidir. siz it huren terefi secmisiz biz isiq gelen! Amma biz sizin seciminize hormetle yanasiriq! Chunki biz her adamin oz yolunu secmek shansi olan bir dovletde yasamaq isteyirik! bunun ucunde mubarize apaririq. basqalarindan da oz sadelovhluyumuzden bunu gozleyirik. hec bir ozunu hormet eden insan qonaq geldiyi evden cixib ev yiyesinin dalinca ser bohtan ya da ifrat abartmalar etmez. Amma hormetsizlik yolunu sekmek de seizin haqqinizdir! ve men sizin bu seciminizi basimi bulaya bulaya olsada qebul etmekde basqa hec bir yol gormurem! ugurlar size ezizim amma yadinizda saxlayin menim qapim ve qonaqperverlik hissim sizin ucun hemiselik baglidir cunki bu da menim secimimdir!

  9. Hikmet Huseynov says:

    Salam. Soz vermishdim ki meseleye qarishmayacam amma alinmadi. Vefa xanimin yazisina cavab yazacam icazenizle.

    Vefa xanim yazisinda it huren terefe getdiyimizi deyir.”It huren” sozunu istifade hech yarashmir sizing istifade etdiyiniz qardashliq ve baciliq hisslerine. Sizin kimi bashqasinin yandirdigi ishiga dogru getmirik. Sizin kimi asan yol secmemishik, Biz qaranliga dogru gederek bu qaranliqda oz ishigimizi ozumuz yandirmaq isteyirik. Bu yolda qabagimiza It, canavar, ejdaha cixsa bele yolumuzdan donen deyilik.

    Ikincisi – axi Rauf oz shexsi bloqunda ne yerleshdirib ki? Shekiller ve ozunemexsus sherh – hansi ki, her hansi bir insana toxunmur. Sadece shekiller – fotosessiya.

    Sher bohtan meselesine gelince. Deyesen Raufu Polisler vasitesile party-ni dagitmaqda siz ittiham etmishdiniz. Bizde olan melumata gore ise party vaxti sizin uzvlerinizin dalashdiqlari zaman polis mudaxile edib ve onlar shobeye aparilib. Xahish edirem camaata melumati duzgun catdirasiniz. Axi siz duzgunluk seven bir herekatsiz. Byuna oxshar bir herekati vaxti ile bir defe de etmishdiz. Alma qazetinin hayihe muddeti birinci defe bitende neshr dayandi. O vaxti qazetinize reytinq qazandirmaqdan otru Metbuat shurasini gunahlandiran siz idiniz. Halbu ki onlarin bu meseleden hec xeberleri de yox idi. Tarix tekrerlanir.

    Sonda ise sizin sonuncu esaslanmamish ve bohtan xarakterli yaziniz ki, Rauf ora polisi getirib, Dalqanin sizi sedr sechmeyinden sonra bash verir. Nese bu esaslanmamish, ele bashdan gelen ve bohtan xarakterli yazi “Bizim Yol”un destixettidir. Deyesen onlarin size verdiyi “jurnalistika” derslerindendir. Sozu demeye ne var ki…

    Size Tekrarlanmayan ve ferqli bir tarix yazmanizi arzu edirem.

    Hormetle : Hikmet Huseynov

  10. Dejame says:

    :)))))) Himet bey,qaranliq yolu se4misiz??? maraqlidir…aydinlashdirardiz….bu yolun harasidir qaranliq? :)))

  11. Hikmet Huseynov says:

    Evvela Himet yox Hikmet .
    Indi ise kecek sizin suala.

    Vallah Qaranliq ele hamimizin gorduyu ve bildiyi qaranliqdi. mence aydinlashdirmaga ehtiyac yoxdu. belke siz o bashqasinin yandirdigi ishigi izah edesiz ilk once. Bildiyim qeder o ishiqin sonunda div var idi. ve cirtdan o divi oldurmushdu. Qorxun ki qabaginiza div cixmasin. Cubnki siz cirtdan deyilsiz. Cirtdan axi MILLI personajdi.

  12. Dejame says:

    :))))))))) 4ox numunevi personajin adini 4ekdiz….ehhhh….:)))) amma yene de yolunuzun harasinin qaranliq oldugunu aydinlashdirmadiz… :))) yeni,mence biz her ikimiz neden danishdigimi bilirsiz,amma ozunuzu anlamamazliga vurub cavab vermirsiz :)))))) ne ise! bu dersi de gozel menimsemisiz her halda….mence qaranliq sizin yox eee,bizim yoldu.ozu de sizin kimi genclere baxim,yolun sonunda deyesen he4 ishigi da gormurem axi😀 sakin sozlerimi agressiv qebul etmeyin.bunlari ger4ekden 4ox xosh notlarla yazmisham….:))))
    P.S.adinizi duzgun yazmadigim u4un uzr isteyirem,Hikmet bey :)))

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s