İRƏLİ / Vətənpərvərlər klubu

4 yanvar. Bu gün 4 yanvar yeni ilin ilk həftəsində “İrəli” gənclər hərəkatı “Vətənpərvərlər klubu”-nun təşəbbüsü ilə yenidən “Şəhidlər xiyabanı”-nı ziyarət edirdilər. Bu gün fərqlilik var idi, bu gün “Şəhidlər xiyabanı” ilə bərabər “Fəxri xiyaban”-da ziyarət olundu. Görkəmli dövlət xadimlərı, şair, bəstəkar, rəssam bir sözlə Azərbaycan cəmiyyətində tanınmış dahi insanların məzarları ziyarət olundu.Daha sonra Ulu öndər Heydər Əliyevin məzarına əkili gül qoyduqdan sonra əbadiyyata qovuşan bütün insanları 1 dəqiqəlik sükutla yad edildi. Sayımız az da olsa qəlbizdəki Vətən sevgisı Şəhidlərə qarşı olan hörmət çox idi.

Daha sonra “Şəhidlər xiyabanı”- ziyarət edildi. Həmişə olduğu kimi xiyabanın girişində Azərbaycanın dövlət himni oxundu. Sonra bir-bir bütün şəhidlərimizin məzarları ziyarət olundu və əkili gül qoyuldu.

Xoş təsadüfdən bu gün Cümə günü idi. Cümə isə biz müsəlmanların müqəddəs günüdür.ALLAH bütün şəhidlərimizə rəhmət eləsin.

“Onlar ALLAHın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə(şəhidlik rütbəsinə)sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış)kəslərin(axirətdə) hec bir qorxusu olmayacağına və onların görməyəcəklərinə görə şadlıq edirler.(Aliİmran sürəsi 170ci ayə) İnsanlar şəhidləri heç də ölü zənn etməyin! Əsl həqiqətdə onlar diridirlər.” 

Düzdür hava bu gün çox soyuq və qarlı idi və kimlərsə bizə deyə bilər ki. Bu havada niyə ziyarət edirsiniz, hava bir az mülayim olanda gedin. Ancaq mən bu kəslərə bəzi tarixləri xatırlatmaq istərdim “26 FEVRAL” “20 YANVAR” bu insanlar Azadlıq yolunda canlarını məhz bu cür soyuq havada qurban verdilər.

“İRƏLİ” gənclər hərəkatı və “Vətənpərvərlər klubu” söz verdiyi kimi bu ziyarət ənənə halını artıq alıb və gələcəkdə ziyarətə gedəcəyimiz günlərdə sayımızın daha da artmasına ümid bəsləyirik.

P.S. “İnsanlar şəhidləri heç də ölü zənn etməyin! Əsl həqiqətdə onlar diridirlər.” 

Bəli biz Şəhidləri sevirik və biz sevdiklərimizi Torpağa deyil Qəlbimizə basdırdıq.

İRƏLİ Vətənpərvərlər klubu

İRƏLİ Vətənpərvərlər klubu

İRƏLİ Vətənpərvərlər klubu

İRƏLİ Vətənpərvərlər klubu

This entry was posted in IRELI PY. Bookmark the permalink.

One Response to İRƏLİ / Vətənpərvərlər klubu

  1. Pingback: Böhtan, yalan, iftira… « Welcome to RAUFRAY ’s blog !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s