www.ilhamlaireli.az – İLHAMLA İRƏLİ Aksiyasına start verildi

20 Dekabr “Excelsior” mehmanxanasında “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının təşəbbüsü ilə “İlhamla İRƏLİ” aksiyasının və eyni adlı veb-səhifənin təqdimatı keçirildi.
Hərəkatın həmtəsisçisi Ceyhun Osmanlı çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğı və diqqət, bu sahədə müxtəlif Dövlət Proqramlarının və qanunların qəbul edilməsi, sərəncamların imazalanması gənclərimiz tərəfindən daim böyük rəğbətlə qarşılanır. 2007-ci ilin “Gənclər ili” elan olunması bir çox mühüm tədbirlərin, görüşlərin keçirilməsinə təkan verib. “İRƏLİ” Ümumrespublika Gənclər Təşkilatının ətrafında birləşən gənclər Prezidentimizə olan ehtiramlarının daha bir ifadəsi kimi “İlhamla İRƏLİ” adlı möhtəşəm aksiyaya start veriblər. Ceyhun Osmanlı bildirdi ki, cəmiyyətin hər bir üzvünü bu aksiya vasitəsilə Prezidentimizin – cənab İlham Əliyevin Azərbaycan üçün həyata keçirdiyi fəaliyyəti dəstəkləməyə, bu inkişafın daşıyıcısı olmağa dəvət edirik. “Bu Aksiya vasitəsilə biz cəmiyyətin hər bir üzvündə vətəndaşlıq şüurunun formalaşmasına, insanların demokratiya və vətəndaş cəmiyyəti quruculuğunda aktiv iştirakına təkan verəcəyik. Bununla da hər bir cəmiyyət üzvü vətəndaş olduğunu hiss edərək, “VƏTƏN üçün nə edə bilərəm?” sualına cavab axtaracaq. Bu aksiya gənclərimizin Azərbaycanın, onun dövlətçiliyinin, strateji inkişaf xəttinin qarantı olduğunu bir daha bəyan edəcəkdir”.
Qısa müddətdə aksiya ətrafında yüz minlərlə azərbaycanlı gəncin birləşəcəyini deyən Ceyhun Osmanlı veb-səhifədəki bölmələr haqqında da ətraflı məlumat verdi, bu aksiyaya qoşulmaq qaydalarını izah etdi. Qeyd edək ki, vebsəhifədə “Bizə qoşulanlar”, “Daima İRƏLİ”, “2008TV” və digər bölmələr yerləşdirilib. Bu veb-səhifədə cənab prezident İlham Əliyevin xarici səfərləri, görüşləri, iştirak etdiyi konfranslar, açılış mərasimlərindən fotolar və eləcə də təhsil, iqtisadi-siyasət, ənənələr, Qarabağ, Ordu quruculuğu və digər sahələri əhatə edən nitqləri yerləşdirilib.

Daha sonra çıxış edən gənc millət vəkili Azər Əmiraslanov ölkədə gənclərin inkişafı, onların öz bilik və bacarıqlarını reallaşdırmaları üçün yaradılan şəraitdən hər bir gəncin maksimum yararlanmalı olduğunun vacibliyini vurğuladı. O qeyd etdi ki, xalqımız dörd ildir ki, cənab prezident İlham Əliyev ilə birlikdə şərəfli bir yol qət edir. Bu yol daimi sabitlik, davamlı inkişaf yoludur. “Hamımız yeni mərhələyə qədəm qoyuruq və ölkə başçısı cənab İlham Əliyevlə birlikdə bu mərhələni keçmək niyyətindəyik. Azərbaycan gəncləri də bu yolu davam etdirməkdə qətiyyətlidirlər”.

Təqdimat mərasimində millət vəkilləri, müxtəlif dövlət strukturlarını təmsil edən nümayəndələr, ziyalılar, media nümayəndələri, İRƏLİ ÜGH-nın həmtəsisçiləri və fəal üzvləri iştirak edirdi.

ilhamlaireli_1.jpg

ilhamlaireli_2.jpg

ilhamlaireli_3.jpg

ilhamlaireli_4.jpg

ilhamlaireli_5.jpg

This entry was posted in IRELI PY. Bookmark the permalink.

6 Responses to www.ilhamlaireli.az – İLHAMLA İRƏLİ Aksiyasına start verildi

  1. babek says:

    Biz qencler Prezidentimiz Ilham eliyev siyasetini destekleyirik.
    Biz onunla qurur duyuruq fexr edirik !

  2. babek yevlax TKQ- nin qencler tş sedri says:

    qarsidan qelen seckilerde biz qencler yeni azerbaycan partiyasinin irelye qetmesi ucun canimizdan kecerik

  3. babek yevlax TKQ- nin qencler tş sedri says:

    yevlax qencleri İlham Eliyev siyasetini beyenir ve destekleyir destekleyecekde

  4. babek yevlax TKQ- nin qencler tş sedri says:

    Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən gənclərə olan qayğı və dəstək, bu sahədə müxtəlif Dövlət Proqramlarının hazırlanması, qanunların təsdiq olunması, sərəncamların imzalanması gənclərimiz tərəfindən böyük rəğbətlə qarşılanır. Sadalanan faktların məntiqi davamı kimi 2007–ci ilin Prezidentimiz tərəfindən “Gənclər ili” elan olunması, əlbəttə ki, gənclər tərəfindən xüsusi olaraq qiymətləndirildi.

  5. babek yevlax TKQ- nin qencler tş sedri says:

    salam RAUF BEY

  6. babek yevlax TKQ- nin qencler tş sedri says:

    salam RAUF BEY qozel sozleriniz ucun hemkarlarim adindan sizlere minnetdarliqimizi bildiririk emin ola bilersiniz biz yevlaxlilar bu aksiyada irelide qedenlerden biri olacaqiq Bu aksiyani teskil edenlere uqurlar arzulayiriq

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s