AKIB / Məqalə müsabiqəsi – Su HƏYATDIR

akib.jpg

Azərbaycan Könüllülər İctimai Birliyi UNESCO-nun dəstəyi ilə “Su HƏYATDIR” adlı layihənin icrasına başlamışdır. Layihə çərçivəsində bu mövzuda dəyirmi masa, təlim kursları keçiriləcək, çap və video materiallar hazırlanacaq, eyni zamanda müsabiqələr elan ediləcəkdir.

Layihənin məqsədi içməli suyu qənaətlə istifadənin əhəmiyyəti, dünyada və Azərbaycanda içməli suya olan tələbat və mövcud  mənbələrin tükənməsi, Azərbaycanda insanlar arasında suya münasibət, su mənbələrinin qorunması, insanların suya çıxışının birbaşa təminatı istiqamətində görülən işləri vurğulamaq və dəyərləndirməkdir.

Layihənin komponentlərindən biri kimi AKİB, KİV nümayəndələri arasında bu mövzuda, ən yaxşı məqalə müsabiqəsini elan edir. KİV nümayəndələrindən bu aksiyaya qoşulmağı 20 dekabr tarixinə qədər təmsil etdikləri qəzet və ya jurnallarda sadalanan mövzularda məqalələr dərc etməyi xahiş edirik. Yuxarıda sadalanan mövzularda dərc edilmiş ən yaxşı 3 məqalənin müəllifinə rəqəmsal fotoapparat hədiyyə ediləcəkdir.

 Bu mövzuda məqalə çıxan qəzet və ya jurnalın 3 nüsxəsi 20 dekabr 2007-ci il tarixinə kimi müəllif tərəfindən Azərbaycan Könüllülər İctimai Birliyinə təqdim olunmalıdır. Məqalələr elektron KİV-də də işıqlandırıla bilər. 

Layihə əlaqələndiricisi – Rzayev Səbuhi

E-mail: rzayevsebuhi@yahoo.com, avu_baku@yahoo.com

Mobil : 050 385 92 21, 055 244 03 02

This entry was posted in IRELI PY. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s