Yaxın günlərdə Azərbaycanda İnternetdən istifadə tarifləri endiriləcək.

Yaxın günlərdə Azərbaycanda İnternet xidmətlərinə tariflər aşağı enəcək. Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, Azərbaycanın qlobal internetə bağlantısı təxminən 6 Gbit/saniyəyə çatdırılıb.
Qlobal internet şəbəkəsinə bağlantı tutumunun həcmi artdıqca isə qiymətlər enir. Bu da İnternet provayderlərin bu istiqamətdə çəkdiyi xərcləri azaldır: «Provayderlərin eyni xidmətə görə əvvəl ödədikləri tariflər bu ilin əvvəlinə nisbətən təqribən iki dəfə aşağı düşüb. İnternet provayderlərin kanala çəkdiyi xərclər azaldığı üçün onlar da istifadəçilərə göstərdiyi xidmətlərin qiymətini aşağı salmalıdır. Bu istiqamətdə internet provayderləri ilə birgə danışıqlar aparılır».
Nazir müavini bildirib ki, tariflərin aşağı salınması ilə bağlı müxtəlif variantlar üzərində işlənilir. Onlardan biri yalnız dövlət provayderlərinin qiymətləri aşağı salmasıdır: «Azərbaycandakı 30 provayderdən yalnız 2-si – «Aztelekom» və «Bakinternet» dövlətə məxsusdur. Hətta belə variant ola bilər ki, məhz dövlət operatorları qiyməti müəyyən qədər aşağı salınsın, qalanları da ona baxsın. Bu məsələyə dövlət səviyyəsində müdaxilə etmək istəməzdik. Çalışırıq ki, onlar özləri bazarın reallığına uyğun qiyməti aşağı salsın».
İ.Məmmədov qeyd edib ki, yaxın günlərdə bu istiqamətdə aparılan işlərin nəticəsi hiss olunacaq və tariflər hiss olunacaq dərəcədə – 25-30% aşağı düşəcək: «Əgər provayderlərin kanallara cəkdiyi xərclər iki dəfə endirilibsə, qiymətlərin də heç olmasa 25-30% düşəcəyini deyə bilərəm».

This entry was posted in Hi-tech. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s