Nax4ivanda IRELInin teqdimati

İRƏLİ Gənclər Hərəkatının Naxçıvan Dövlət Universitetində təqdimatı

 2 Noyabr 2007-ci il tarixində İRƏLİ Gənclər Hərəkatının Naxçıvan Dövlət Universitetində  ilk təqdimatı keçirildi. Mərasimi giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin YAP Gənclər Təşkilatının sədri Mehdi Abdullayev açdı və çıxışında naxçıvanlı tələbələrin İRƏLİ ÜGH haqqında məlumatlı olduqlarını və İRƏLİnin keçirdiyi çoxsaylı tədbirlərdən xəbərdar olduqlarını bildirdi. Daha sonra Naxçıvdan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sərdi Mehdi Əliyev çıxışı etdi. O, çıxışında İRƏLİ Hərəkatının tutduğu yolu bəyəndiklərini və  hərəkatın keçirdiyi layihələrin gənclərə böyük fayda verdiyini qeyd etdi. Təqdimat mərasimində 50-ə yaxın gənc iştirak etmişdi. Onlardan Naxçıvan Dövlət Universitetinin tələbələri daha fəal iştirak edərək İRƏLİ ÜGH haqqında daha çox məlumat toplamağa çalışırdılar.  Daha sonra İRƏLİ ÜGH-nin nümayəndəsi Yüksəl İmanov təqdimatda hərəkatın yaranma səbəbləri, məqsədləri, mövcud olduğu 2 il ərzində həyata keçirdiyi kayihələr, treyninqlər, konfranslar, diskussiyalar və digər tədbirlər haqqda geniş məlumat verdi, gəncləri ictimai həyatda daha fəal olmağa və birlikdə böyük layihələr keçiməyə çağırdı. Çıxışdan sonra görüşdə iştirak edən gənclərin sualları cavablandıran Yüksəl İmanov,  Naxçıvan Dövlət Universitetinin rektoru, Millət vəkili İsa Həbibbəyliyə təşəkkürünü bildirdi. Sonda onu qeyd edək ki, bu təqdimatın baş tutmasında Aqil Axundovun, Mehdi Abdullayevin, Mehdi Əliyevin və Nicat Salmanovun böyük əməyi olmuşdur.


 nmr_1.jpg

nmr_2.jpg

nmr_3.jpg

nmr_4.jpg

This entry was posted in IRELI PY. Bookmark the permalink.

11 Responses to Nax4ivanda IRELInin teqdimati

  1. Rasif says:

    Halaldi Yuksel… Sukani bele saxla….

  2. raufray says:

    Yuksel, tebrik edirem qarda$im. Gelende qoz murebbesi getirmek yadindan 4ixmasin. Yusife de bir $eyler getirersen, bu gun aglayirdi )))

  3. Sabuhi says:

    Ugurlar
    Naxchivan da bizimdir bizimdir🙂🙂

  4. Aidka says:

    Usaglar Super…!!!!!!!!!!!!!!!!!!!!!!

  5. Yuksel says:

    SAlam ezizler.necesiz?:)) tebriklere gore cox sag olun.sizin desteyiniz mene guc verir.
    Raufray burda qoz-a Ceviz deyirler.:))) amma murebbe tapa bilmirem.indi gedirem bazara gorum tapa bilecem????

    Rasif Sabuhi Aida Raufray hamiza minnetdaram.

  6. Akula says:

    Yuksel tebrikler:) Ugurun davam etsin.

  7. SABINA says:

    Salam.Yuksel,men de tebrik edirem seni!hemiwe IRELIDE!!!!!!!!!!!!!!!!!!

  8. Orkhan Boyukzade says:

    Salam hamiya!

    Ela xeberdir. Halal olsun IRELIcilere. Inshallah o gun olsun IRELInin QARABAG numayendeliyinin acilishini qeyd edek.

  9. Yuksel says:

    hamiya salamlar.yene de tsk bildirirem.ugur sizinle olsun.
    Orxan senin fikrine qosulub men de deyirem Qarabaga IRELI

  10. irelipress says:

    Ezizlerim men de her birinizi tebrik edirem. IRELI oz uzvleri ile birge IRELIdedir. Sizinle qurur duyuruq….

  11. Yuksel says:

    Raufray ozum geldim.amma ceviz murebbesi yaddan cixdi qaldi:))))

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s